Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 14:12:00
Qəbul olanların nəzərinə - Qeydiyyat üçün aşağıdakı sənədlər lazımdır

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-ı oğlan, 234-ü isə qızlardır.

Rezidenturaya qəbul olanlar 29 iyul – 2 avqust tarixlərində sənədlərini müvafiq qurumlara təhvil verərək  qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olunanlar isə “Şəxsi kabinet”in istifadəçi adını, elektron ərizənin iş nömrəsini və bir sıra sənədləri Səhiyyə Nazirliyinə təqdim etməlidirlər. Bu zaman onlar nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı, qeydiyyatdan keçməlidirlər.

Bu barədə AzEdu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndiriləcək.

AzEdu.az ATU və ADHTİ-nin rezidenturasına qəbul olunanların qeydiyyatı zamanı tələb olunan sənədləri təqdim edir:

1.Azərbaycan vətəndaşları – şəxsiyyət vəsiqələrini;

Əcnəbilər – pasport və ya icazə vəsiqələrini;

Vətəndaşlığı olmayanlar– yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;

Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayanlar– şəxsiyyət vəsiqələrini;

Qaçqın statusu alanlar və ailə üzvləri –  qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.Baza ali tibb təhsili haqqında sənədi:

Cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı,

Əvvəlki illərin məzunları – diplomu;

3.Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

4.Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları olan həkimlər Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Qeyd edək ki, namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun  təhsildən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları