Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 13:59:00
Azərbaycanlı xanım Kanadada 3-cü dəfə “İlin müəllimi” seçildi

Azərbaycanlı müəllim Yaganə Cəfərova artıq 3-cü dəfə Kanadada “İlin ən yaxşı müəllimi” seçilib.

AzEdu.az məlumat veir ki, Kanadanın Toronto şəhərində yaşayan həmyerlimiz "Canadore" və "Pharma-Medical Science College of Canada" kolleclərində fəaliyyət göstərir. O, burada Məktəbəqədər tərbiyə müəllimi və müəllim köməkçilərinə ümumi fənlərdən mühazirə deyir.

Qeyd edək ki, Yeganə Cəfərova İmişli rayonunun Cəfərli kəndində dünyaya gəlib. 1983-cü ildə orta təhsilini başa vuraraq, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1988-ci ildə həmin universiteti riyaziyyat-informatika müəllimi ixtisası ilə bitirib. 1990-2000-ci illərdə uşaq bağçasında tərbiyəçi, sonrakı 3 il Beynəlxalq İxtira və Biznes İnstitutunda psixoloq kimi çalışıb.

2003-cü ildən Torontoda yaşayır.

2004-2005-ci illərdə bu şəhərin uşaq bağçalarının birində müəllim köməkçisi olub. İşi bəyənildiyindən ona evində fərdi uşaq bağçası açmağa icazə verilib. 2005-2017-ci illərdə yaratdığı məktəbə qədər tədris müəssisəsinə rəhbərlik edib.

Həmyerlimiz 2017 və 2018-ci illərdə də "İlin ən yaxşı müəllimi" seçilmişdi.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları