Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 12:21:30
DİM rəsmisi ixtisas seçimi, keçid balları ilə bağlı bütün sualları AzEdu.az-da cavablandıracaq- Canlı yayım

Bugündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminə start verilir.

Eyni zamanda, abituriyentlər 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi edə bilərlər.

İxtisas seçiminin aparılma qaydası, müsabiqə şərtləri və keçid balları ilə bağlı redaksiyamıza daxil olan çoxsaylı sualları nəzərə alaraq, mövzuyla bağlı AzEdu.az-ın sosial şəbəkə hesabları vasitəsilə canlı yayım etmək qərarına gəldik.

25 iyulda Dövlət İmtahan Mərkəzinin rəsmi nümayəndəsi, Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-ın qonağı olacaq.

Xanlar Xanlarzadə ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər, hər ixtisas qrupu üzrə formalaşacaq müsabiqə vəziyyətinin proqnozu, müsabiqə şərtləri və digər vacib məsələlər barədə məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.

Canlı yayım saat 16:00-da AzEdu.az-ın sosial media hesabları vasitəsilə yayımlanacaq.

Suallarınızı müvafiq postun şərh bölməsinə qeyd edə bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları