Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 10:02:00
Daha 9 namizəd MİQ müsabiqəsinin test imtahan mərhələsindən kənarlaşdırıldı  

İyulun 23-də Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, kimya və rus dili müəllimi olmaq istəyənlər üçün işə qəbul imtahanları keçirilib.

AzEdu.az xəbər verir ki, MİQ müsabiqənin test mərhələsində 2795 namizəd iştirak edib. 9 nəfər köçürmə halına yol verərək imtahan qaydalarını kobud surətdə pozduğu üçün nəticələri ləğv edilərək imtahandan kənarlaşdırılıb.

Qeyd edək ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları