Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 09:47:00
Bu gün müəllimlərin işə qəbulu üzrə test imtahan mərhələsi başa çatır

AzEdu.az xəbər verir ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyənlər imtahan verəcək.

Xatırladaq ki, iyulun 8-dən etibarən keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova kimya fənni üzrə maksimum nəticə göstərərək 60 bal toplayıb.

 Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları