Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 09:01:00
Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün təlim keçirilib

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib

2019-cu il 22 iyul tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları Xədicə Əzimova və Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi və Dövlət İmtahan Mərəzinin əməkdaşları, həmçinin müsahibələrə müstəqil ekspert qismində cəlb olunacaq nümayəndələr iştirak edib.

Təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə, təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib. Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat nümayiş etdirilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.