XƏBƏRLƏR

23.07.2019 18:00
Məktəb psixoloqları üçün narkomanlıq probleminə dair təlim və treninqlər keçiriləcək  

Təhsil müəssisələrində məktəb psixoloqları üçün narkomanlıq probleminə dair təlim və treninqlər keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları (qurumları) mütəmadi olaraq narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsini təmin etməlidir.

İlin gənc müəllimi-Müraciət formu