Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 17:08:55
Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi

Yazıçı-şair Murad Köhnəqalaya mənzil verilib.

AzEdu.az-ın xəbərinə görə, bu barədə şair özü facebookda yazıb. O bildirib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət öz bəhrəsini verib: "Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm Prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm!

Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!"