XƏBƏRLƏR

23.07.2019 16:08
II-III qrupların ötənilki keçid balları bu tarixdə dərc olunacaq  

7 iyulda II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri bir neçə gündür, açıqlanıb.

Sabahdan isə ixtisas seçiminə start veriləcək.

Abituriyentləri bu ərəfələrdə maraqlandıran əsas məsələlərdən biri həmin qruplar üzrə statistik məlumatların və ötənilki keçid ballarının nə zaman dərc olunacağı ilə bağlıdır. Bunla bağlı redaksiyamıza da çoxsaylı suallar daxil olur.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata əsasən, hazırda II və III qruplar üzrə Apellyasiya Komissiyası fəaliyyət göstərir. Komissiya fəaliyyətini başa çatdıran kimi statistik məlumatlar dərc olunacaq.

Xatırladaq ki, Apellyasiya Komissiyası öz işini 24 iyulda yekunlaşdıracaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu