Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 15:40:00
Rezidenturaya ixtisas seçimi mərhələsində say uyğunsuzluğu-DİM-dən münasibət

Rezidenturaya qəbul olunmaq istəyənlərin ixtisas seçimi artıq başa çatıb. Seçimlər üçün son tarix 22 iyun 23:59  göstərilsə də, vaxt uzadılıb və 23 iyun 09:00-da başa çatıb.

Ümumilikdə,  rezident olmaq istəyən 352 namizəd ixtisas seçimi ərizəsini təsdiq edib. Onlardan 307-si Azərbaycan, 45-i isə rus bölməsi üzrə imtahan verib.

Amma rezidentləri maraqlandıran, onlara qaranlıq qalan bir məqam olub: Dövlət İmtahan Mərkəzinin test imtahanının nəticələri açıqlandıqdan sonra verdiyi məlumatda yalnız 351 namizədin müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxıldığı bildirilmişdi.

Ərizəsini təsdiqləyənlərin ixtisas seçiminə buraxılanlardan 1 nəfər çox olması, əksər namizədlərdə sual yaradıb.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxalayıb. Mərkəzdən məlumatı təsdiqləyərək bildirilib ki, sayın bu şəkildə artması təşkil edilən Apellyasiya Komissiyaları ilə bağlıdır:

“İmtahandan sonra yaradılan Apellyasiya Komissiyasının qərarına əsasən cavab kartını doldurarkən texniki səhvə yol verən bir namizədin müraciəti müsbət qiymətləndirilib. Həmin namizəd yekunda müsabiqə şərtini ödəyib. Ona görə də müsabiqə şərtini ödəyənlərin sayı 351 deyil, 352-dir”.

Qeyd edək ki, ixtisas seçiminə ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90 dan az olmayanlar buraxılıblar.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları