Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 14:55:00
Boş qalan plan yerlərinə qəbul zamanı keçid balı aşağı düşəcək? - Rəsmi cavab  

Rezidenturaya ixtisas seçimi artıq başa çatıb.

İxtisas seçimində müsabiqə şərtini ödəyən, yəni, ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90 dan az olmayanlar iştirak edə biliblər.

Bir neçə balla müsabiqə şərtini ödəyə bilməyən namizədlərin ən çox verdikləri sual isə boş qalan plan yerlərinə qəbul zamanı keçid balının aşağı düşüb– düşməyəcəyidir.

Sual:

İmtahanda 44 bal topladım. Boş qalan plan yerlərinə qəbul zamanı müsabiqədə iştirak edə bilərəm? İkinci mərhələdə keçid balının  aşağı düşmə ehtimalı var?

Cavab:

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Bu namizədlər boş qalan plan yerlərinə qəbul üzrə müsabiqədə iştirak edə bilməzlər. Boş qalan yerlərə qəbul müsabiqəsində keçid balını toplayıb ilk turdan qəbul ola bilməyənlər iştirak edirlər.

Qeyd edək ki, rezident olmaq istəyən 352 namizəd ixtisas seçimi ərizəsini təsdiq edib. Onlardan 307-i Azərbaycan, 45-i isə Rus bölməsi üzrə təhsil alacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları