Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 13:55:00
Peşə məktəblərində oxuyanlar pulsuz tibbi müayinə olunacaqlar

“Dövlət peşə təhsili müəssisələrində təhsilalanlar ödənişsiz tibbi xidmətlə təmin olunur”

AzEdu.az “Peşə Təhsili haqqında Azərbaycan Respublikasının qanunu”na istinadən, peşə təhsil müəssisələrində göstərilən tibbi və iaşə xidmətinin təşkili qaydasını təqdim edir.

Peşə təhsili müəssisələrində göstərilən tibbi və iaşə xidmətinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Təhsilalanlara ödənişsiz tibbi xidmətin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur. Əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əlavə müalicə-bərpa xidmətinin göstərilməsi təmin edilir.

Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq bütün peşə təhsili müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada təhsilalanların dispanserizasiyası həyata keçirilir. Müainə nəticələrindən asılı olaraq, tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım almaq hüququ təmin edilir. Dövlət peşə təhsili müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.

Peşə təhsili müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

Rəna Nəbi