Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 10:52:08
Təhsil naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 22-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə goruşüb.

AzEdu.az xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib. Təhsil naziri Ceyhun Bayramov iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.