Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 09:30:00
Növbəti illərdə rezident olmaq istəyənlərin əsas sualı 

Rezidenturaya qəbul olmaq istəyənlər üçün ixtisas seçimi başa çatıb.

Seçimlər bu gün 09:00-da yekunlaşıb.

AzEdu.az seçimlər zamanı namizədləri maraqlandıran sualların cavablarını təqdim edir. Eyni zamnada növbəti illərdə rezidenturaya qəbul imtahanı verəcək tələbələr də bu istiqamətlərlə maraqlanırlar.

Onları ən çox maraqlandıran suallardan biri də istiqamətlərinə uyğun olaraq seçə biləcəkləri ixtisaslardır.

Sual:

Tibbi profilaktika fakültəsini bitirən biri rezidentura təhsilini stomatoloji ixtisaslar üzrə ala bilər?

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir ki, belə bir şey mümkün deyil. Hər namizəd yalnız bitirdiyi istiqamətə, fakültəyə müvafiq ixtisasları seçə bilər.

İstiqamətlər üzrə ixtisaslar isə aşağıdakılardır:

Müalicə işi və pediatriya:

Sosial gigiyena və səhiyyənin təşkili, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, neyrocərrahiyyə, plastik cərrahiyyə, ürək-damar cərrahiyyəsi, uşaq cərrahiyyəsi, travmatologiya-ortopediya, otorinolarinqologiya, oftalmologiya, onkologiya, mamalıq-ginekologiya, urologiya, terapiya, pediatriya, kardiologiya, nefrologiya, qastroenterologiya, hematologiya, dermatovenerologiya, revmatologiya, endokrinologiya, yoluxucu xəstəliklər, nevrologiya, psixiatriya, narkologiya, ftiziatriya, immunologiya, allerqologiya, fizioterapiya və tibbi bərpa, şüa terapiyası, şüa diaqnostikası, mikrobiologiya, patoloji anatomiya, məhkəmə tibbi ekspertiza, genetika - Cəmi 36 ixtisas

Stomatologiya:

Sosial gigiyena və səhiyyənin təşkili; stomatologiya, üz-çənə cərrahiyyəsi;

Tibbi-biologiya:

Laboratoriya işi, mikrobiologiya, genetika;

Tibbi-profilaktika:

Sosial gigiyena və səhiyyənin təşkili, gigiyena, epidemiologiya, laboratoriya işi, mikrobiologiya.

Qeyd edək ki, namizədlərin ixtisas seçimi ərizələrində 65 ixtisas seçmək hüquqları var.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları