Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 09:19:50
“700 bal toplayanlar məşhurlaşdırılır, cəmi 1 suala cavab verməyənlər isə kənarda qalır” –Prorektor  

“Hazırlıq kursları və universitetlər öz reklamları üçün abituriyenlərin bal yarışından istifadə etdi. 700 bal toplayanlar məşhurlaşdırılıb onlara mükafat veriləndə sadəcə bir suala cavab verməyib 695 bal toplayanlar arxa planda qaldı. Builki imtahanlarda maksimum bal toplayanın olmaması çox da böyüdüləcək bir şey deyil”

Bu sözləri Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov AzEdu.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, 700 bal simvol olaraq son illərdə aktuallaşıb:

“İnkişaf etmiş bir çox ölkədə gəncləri bu cür yarışın qurbanına çevrilməkdən xilas etmək üçün göstəricilər ümumi imtahan verənlərin nəticələrinə görə dəyərləndirilir. Məsələn, Amerikada orta məktəb göstəriciləri üzrə ölkədə hansı yerdə olunduğun bildirilir və ya attestatın orta balından istifadə edilir.Türkiyədə də son illərdə buna bənzər bir sistem yaradılıb.

Bir abituriyentin hər hansı bir qrup üzrə 30 min yarışan arasında birinci olmasında onun neçə bal yığmasının əhəmiyyəti yoxdur. Hər il qruplar üzrə ən yuxarı bal toplayan 25 nəfərə Prezident təqaüdü verilir.Təqaüdçü olanların bəziləri 700, bəziləri isə 670 bal toplayanlar olur. Yeni sistemə keçidə görə bu il 700 bal toplayanın olmaması çox da böyüdüləcək bir şey deyil.Bu imtahan sisteminin dəyişməsindən qaynaqlanır və yeni model daha mütərəqqi və gənclərimizin faydasına olan sistemdir”.

Xatırladaq ki, 2019-cu ildə keçirilən qəbul imtahanlarında heç bir abituriyent 700 ballıq nəticə göstərə bilməyib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları