Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 23:37:00
FHN  akademiyasında  görüş

Braziliya hüquq-mühafizə və güc strukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib.

AzEdu.az  xəbər verir ki, səfər çərçivəsində iyulun 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzinə gələn Roys Qreys mərkəzin rəisi polkovnik Füzuli Musayev və FHN Akademiyasının rəisi general-mayor Baba Salayevlə görüşüb.

O, FHN-in Akademiyası və İdman-sağlamlıq mərkəzinin kompleksi ilə yaxından tanış olub, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman kompleksində keçirilən Rusiya və Belarus komandaları arasındakı voleybol yarışına baxıb.