Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 16:45:03
Məktəbəhazırlıq qruplarında şagird sayı ilə bağlı soruşanlara RƏSMİ CAVAB- VACİB BİLGİ  

Məktəbəhazırlıq qruplarında tədris 1 oktyabrda başlanır və mayın 31-dək davam edir.

Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır. Bakı şəhərində isə məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçirilir.

Bu qruplara şagird qəbulunun yaxınlaşması onlarla bağlı bir sıra məsələləri aktuallaşdırıb. Məktəbəhazırlıq qruplarında şagird sayı isə çoxlarına maraqlıdır.

AzEdu.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün hazırlıq qruplarında ən azı 10 uşaq olmalıdır.

Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün bu say 15-dir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün məktəbli forması nəzərdə tutulmayıb. Bu qruplarda ev tapşırıqları da tətbiq edilmir. Uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir  və bu barədə valideynlərə məlumat verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları