Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 16:00:00
"Azərbaycanda son 15 ildə 3200 dən çox məktəb istifadəyə verilib" - Firudin Qurbanov

"Ölkədə son 15 ildə 3200 dən çox məktəb istifadəyə verilib".

AzEdu.az xəbər verir ki, bu sözlər təhsil nazirinin müavini Firudin Qurbanov İyulun 22-də Təhsil Nazirliyində Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi ilə bağlı mətbuat konfransda səsləndirib.

Konfransda Təhsil nazirinin müavini, tərəfdaş qurumların nümayəndələri və layihənin təşkilatçıları iştirak ediblər.

"Təhsil avtobusu dedikdə ola bilsin ki ilkin səslənəndə təəccüblü gəldi . Ama təhsillə bağlı Lahiyənin həyata keçirilməsi böyük əhəmiyyəti var.

Ölkəmizdə təhsili dövlət ölkə rəhbərliyi tərəfindən olduqca böyük qayğı yetirilir. Ölkədə son 15 ildə 3200 dən çox məktəb istifadəyə verilib və təmir olunub. Görülən tədbirlər nəticəsində 1000000 dan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Bu da təbii ki bizim gənclərimizin təhsil şəraitinin yaxşılaşdırılmasına təkan verir. Maddi texniki baza ilə bağlı təhsilin keyfiyyətinin yaxşılaşdırılması da mühüm rol oynayır". Nazir müavini eyni zamanda ölkədəki formal və qeyri formal təhsildən də danışdı: "Formal təhsilini məktəblər həyata keçiririk Bir də qeyri formal təhsili. Təhsil təkcə bilik verilməsi yox mədəni dəyərlərin də aşılanması əsas şərtlərdən biridir. Bu baxımdan qeyri formal təhsilin əhəmiyyəti böyükdür. Bu baxımdan Azərbaycan üçün öyrət və təhsil avtobusu layihələrinin əhəmiyyəti böyükdür. Biz gənclərimizə öyrənməyi öyrətməliyik".

Rəna Nəbi