Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 15:45:00
“Abituriyentlər  əvvəlki sistemlə imtahan versəydilər, 700 bal toplayacaqdılar” – Tələbə  

“Şagirdlər təcrübədən daha çox, əzbərçiliyə meyillidirlər. Onlardan nə zaman "öz düşüncəniz nədir?" deyə soruşsanız, bir fikir yürüdə bilməyəcəklər. Yalnız kiminsə fikrinə əsaslanan cümlələrdən istifadə edir və məqam situasiya tipli tapşırıqların həllinə gələndə öz bacarıqlarını nümayiş etdirə bilmirlər.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Ali Neft Məktəbinin 665 ballıq tələbəsi Aytac Dünyamalıyeva deyib. O, yeni qaydalarla keçirilən qəbul imtahanlarında heç bir abituriyentin 700 bal toplaya bilməməsi ilə bağlı fikir bildirib:

“Məncə, təhsilin keyfiyyətinin artırılması üçün müəllimlərimizə daha da müasir metodlarla dərs keçmək üsulu aşılanmalıdır.

Abituriyentlərin şəxsi fikirləri nəzərə alınmalıdır. Razılaşarsınız ki, əzbərçilik üsulu müasir dövrdə abituriyentlərin danışıq qabiliyyətlərini minimum səviyyəyə endirib. Bu da situasiya tipli tapşırıqların aşağı səviyyədə yerinə yetirilməsinə gətirib çıxarıb.

Halbuki, o abituriyentlər bir il əvvəlki sistemlə imtahan versəydilər, 700 bal toplayacaqdılar”.

Xatırladaq ki, 2019-cu ildə keçirilən qəbul imtahanlarında heç bir abituriyent 700 ballıq nəticə göstərə bilməyib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları