Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 15:15:00
Abituriyentlərlərin nəzərinə! - DİM ixtisas seçimində sizə yardım edəcək

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində onlara ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ixtisas seçimi günlərində (iyulun 24-dən avqustun 6-dək, şənbə və bazar günləri istisna olmaqla) cədvəldə verilmiş tarixlərdə rayon təhsil şöbələrində (RTŞ) Mərkəzin əməkdaşları və RTŞ-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.