Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 15:00:00
Qəbul imtahanlarında ümumilikdə bu qədər abituriyent qovulub - RƏSMİ  

2019-cu ildə keçirilən qəbul imtahanları başa çatıb.

Hər il olduğu kimi cari ildə də imtahan zamanı qayda pozuntusu aşkarlanan abituriyentlər imtahandan kənarlaşdırılaraq nəticələri ləğv ediliblər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, I-IV ixtisas qrupları üzrə yaz və yay qəbul (blok) imtahanlarında ümumilikdə 44 nəfər imtahandan qovulub.

II və III ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında 12,yay qəbul imtahanlarında 15,  I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında 11, yay qəbul imtahanlarında isə 6 nəfər qaydaları pozduğuna  görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları