Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 14:45:00
“Bu təhsil ocağının yaxın vaxtlarda daha böyük uğurunun şahidi olacağıq” –Deputat  

Hədəf STEM Liseyi Azərbaycan təhsil sistemində bir ilkdir,

AzEdu.az xəbər verir ki, bu sözləri Millət vəkili, şair Musa Urud deyib.

O, Hədəf STEM liseyi haqqında olan müsbət fikirlərini səsləndirərək, onun elmə böyük töhfələr verdiyini qeyd edib:

“Hədəf STEM ən uğurlu layihələdən biridir. Kreativlik, innovativliklə yanaşı, real həyat həqiqətlərinin öyrədilməsi, modelləşdirilməsi, şagird-məktəb münasibətlərinin mehriban  ailə,  sistem kimi düşünülməsi bəyəniləndir.

Dərslərin ənənəvi müəllim- tapşırıq- şagird - cavab üsulu ilə deyil, problemin qoyuluşu və köməkli həll edilməsi modelində keçilməsi şagirdlərin özgüvənini artırır, bilik və təcrübənin bölüşməsi komanda təəssübünü inkişaf etdirir. Bu Lisey daha layiqli vətəndaş hazırlamaq vəzifəsini qarşıya qoyub və fikrimcə fəaliyyətə başladığı ilk ildə məqsədinə çatıb”.

O, bir neçə dəfə bu məktəbdə olduğunu və  müəllimlərlə görüşdüyünü deyib:

“Məktəbdə hər şey xoşuma gəlib. Ən çox bəyəndiyim isə türk soy-kökümüzə bağlılıq, dünyaya nəzər nöqtəsindən baxış istəyidir. Məktəbin çox gənc, savadlı və iddialı kollektivi var.

İnanıram ki, liseyin qurucu direktoru Şəmil Sadıq və onun komandası Azərbaycan təhsilinə daha böyük töhfələr vermək niyyətindədir və yaxın gələcəkdə onların daha böyük uğurlarına şahid olacağıq. Hədəf Liseyi qısa vaxtda milli təhsil brendimiz kimi dünyada şöhrət tapacaqdır”.

Şükufə Süleymanlı