Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-21 15:24:00
Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı - FOTO  

Azərbaycan maarifçilik hərəkatının  liderlərindən biri də  mətbuat, məktəb və teatr vasitəsilə modern düşüncənin  əsasını  qoyan ziyalı, böyük fikir adamı Həsən bəy Zərdabidir.  

Sabah böyük maarifçinin əsasını qoyduğu milli mətbuatımızın 144 yaşı tamamlanır.

1837-ci ilin 28 iyununda Göyçay qəzasının Zərdab kəndində (o zamankı inzibati ərazi vahidlərinə əsasən) anadan olan Həsən bəy Azərbaycan ictimai-fəlsəfi fikir tarixində yeni bir mərhələnin əsasını qoyub.

1875-ci ildə “Əkinçi” qəzetini çap etdirməklə Azərbaycan milli azadlıq hərəkatının banisi oldu. Burada söhbət təbii ki, düşüncə məfhumu olan hərəkatdan gedir. Zərdabi bu xəttə ömrünün sonuna qədər sadiq qaldı. Çox təqib olundu, çox çətin durumlarla üz-üzə qaldı ki, bu da onun vaxtından tez qocalmasına səbəb oldu. Yetmiş yaşında, 1907-ci ilin payızında, daha doğrusu, 28 noyabrında dünyadan köçdü 

Zərdabinin böyüklüyünü göstərənm faktlardan biri də onun təhsil və elm sahəsində gördüyü işlərdi. Maarifçi həm də İslam dünyasının ilk təbiətşünas alimi kimi tarixə düşüb. Zərdabini formalaşdıran əsas məkan isə Moskva Universiteti olub. O, 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olur, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirir. 

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilir.

AzEdu.az tarixçi Elmar Həsənliyə istinadən Zərdabinin həmin universitetlə bağlı rəsmi sənədini – buraxılış haqqında attestatını təqdim edir: