Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 11:53:20
Dünyanın ən yaxşı universitet şəhərləri müəyyənləşdi

 London şəhərində yerləşən ali təhsil keyfiyyətini müəyyənləşdirmə agentliyi “Times As Education” (THE) növbəti reytinq siyahısını hazırlayıb.

“THE” bu dəfə ən yaxşı təhsil şəhərlərini müəyyənləşdirib. Reytinq cədvəlində dünyanın ən yaxşı 200 universitetinin yerləşdiyi  şəhərlər arasında  dəyərləndirilmə aparılıb.  Siyahıda birinci London, ikinci yer isə Boston şəhəri olub. Hər iki şəhərdə də altı lider universitet var.

London - London İmperial Kolleci; London Kral Kolleci; London İqtisadiyyat məktəbi; Kraliça Meri  Universiteti;  Royal Holloway;  London Universiteti.

Boston - Boston Universiteti; Harvard Universiteti; Massaçusets Texnologiya İnstitutu (MIT); Şimal-Qərb Universiteti; Tafts Universiteti; Massaçusets Universiteti.