Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-20 13:10:00
Direktor namizədləri ən çox narahat edən suala cavab-AzEdu.az-da

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə iyulun 13-dən başlayan müsabiqə artıq başa çatıb

Müsabiqədə iştirak etmək istəyən 3000-dək namizəd miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçib. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb.

Bəs hazırda direktor vəzifəsində çalışan şəxslər direktorların işə qəbulu müsabiqəsində iştirak edə bilər?

Direktor namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, hazırda direktor vəzifəsində işləyən şəxslər sözügedən müsabiqədə yerdəyişmə məqsədilə iştirak edə bilməzlər. Direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda şagird sayı daha çox olan məktəblərə yerdəyişməsinə icazə verilir. Bu zaman son 3 il ərzində məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilir.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

“Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә işә qәbul vә çalışmanın yaş hәddinә çatmış direktorlarla әmәk münasibәtlәrinin tәnzimlәnmәsi Qaydaları”na edilmiş dəyişikliyə əsasən, müsabiqədə keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək

Günel Yaşarqızı
Müəllifin digər yazıları