Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 13:55:00
Başqasının yerinə imtahan vermək istəyənlərin qarşısı alınıb - Məhəbbət Vəliyeva

Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlar zamanı başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdi olub.

AzEdu.az-ın xəbərinə görə, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu cəhdin qarşısı imtahan təşkilatçıları tərəfindən alınıb:

“Bununla bağlı Təhsil Nazirliyi müvafiq addım atacaq”.

Nazir müavini deyib ki, imtahan iştirakçılarının hansı masada oturmasının heç bir əhəmiyyəti yoxdur.

"İmtahan verən şəxs tutduğu masadan asılı olmayaraq kompüterə öz pin kodunu, şəxsiyyət vəsiqəsinin kodunu əlavə etməklə şəxsi kabinetinə giriş imkanı əldə edir:

"Şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar onun üçün çıxarılır və əgər şəxsin şəxsiyyət vəsiqəsi başqası tərəfindən idarə olunmursa, ora şəxsin özündən başqa heç kəs girə bilməz".