Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 13:40:00
Bu şəxslər Direktorların İşə Qəbulu müsabiqəsində iştirak edə bilməzlər – Rəsmi  

Direktorların işə qəbul müsabiqəsi davam edir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, proses iyulun 19-u yekunlaşacaq.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqə ilə bağlı AzEdu.az-a gələn müraciətlərdən biri də iştirak edə biləcək namizədlərlə bağlıdır.

Sual:

Təhsil Şöbəsinin əməkdaşı Direktorların İşə Qəbulu müsabiqəsində iştirak edə bilərmi?

Cavab:

Həmin şəxs eyni zamanda orta ümumtəhsil müəssisəsində də çalışır, həmçinin digər tələblərə də cavab verirsə, iştirak edə bilər. Əks halda, namizədin müsabiqədə iştirak hüququ yoxdur.

Qaydalara əsasən, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olanlar iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün isə bu müddət 3 ildir.

Namizədin hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olması da əsas şərtlərdən biridir.

Qeyd edək ki, müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. İştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları