Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 14:10:00
Namizədin hansı masa arxasında oturmasının heç bir əhəmiyyəti yoxdur - Nazir müavini

“Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda namizədin hansı masa arxasında oturmasının heç bir əhəmiyyəti yoxdur”.

AzEdu.az xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hər bir namizəd oturduğu masadan asılı olmayaraq, kompüterdə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə şəxsi kabinetinə giriş imkanı əldə edir: “Onun şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar çıxır. Şəxsi kabinetə isə iştirakçıdan başqa heç kim daxil ola bilməz. Təbii ki, şəxsiyyət vəsiqəsi vətəndaşın özü tərəfindən idarə edilirsə”.

“Bir faktı da qeyd edim ki, imtahan keçirilən 10 gün müddətində başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdi də olub. Bu cəhdlərin qarşısı imtahan təşkilatçıları tərəfindən vaxtında alınıb və bununla bağlı Təhsil Nazirliyimüvafiq addımlar atacaq. Odur ki, imtahan iştirakçısının hansı masa arxasında oturmasından asılı olmayaraq, imtahan müddətində şəxsi kabinetinə şəxsən özü daxil ola bilər”, - nazir müavini qeyd edib.

M.Vəliyeva vurğulayıb ki, bu gün Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçilməsi və işlə təmin olunması Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətdir: “İmtahanın keçirilməsi və 48 mindən artıq insanın bu imtahanda iştirak etməsi müəllimlik peşəsinə olan marağın bariz nümunəsidir”.