Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-17 13:20:00
Azərbaycanın ən gənc magistrantı AMEA-da təhsil alacaq

Azərbaycanın ən gənc magistrantı AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda təhsil alacaq.

AzEdu.az xəbər ölkənin ən gənc magistrantı, 19 yaşlı Nigar Veysəlova Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) təhsil alacaq.

Nigar Veysəlova Bakı Dövlət Universitetinin məzunudur. O, nanomateriallar kimyası ixtisası üzrə respublikada ən yüksək bal – 131 bal toplayıb. Nigar magistratura təhsilini Azərbaycan elminin ən qocaman, bu il 90 illik yubileyini qeyd edəcək akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda almağa qərar verib. Dövlət İmtahan Mərkəzi onun bu seçimini təsdiqləyib.

Bununla bağlı gənc magistrant NKPİ-də olub, bu elmi müəssisənin direktoru, akademik Vaqif Abbasovla görüşüb. Vaqif Abbasov Nigar Veysəlovanı magistraturaya daxil olması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.