Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 14:39:00
BANM-də İngiltərə-Şotlandiya xeyriyyə futbol oyunu keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) stadionunda Bakıda fəaliyyət göstərən transmilli neft şirkətlərinin əməkdaşlarından ibarət İngiltərə və Şotlandiya komandaları arasında xeyriyyə futbol oyunu keçirilib. 

Ali Məktəbdən AzEdu.az-a verilən məlumata görə, İngiltərə və Şotlandiya komandaları arasında 13-cüsü keçirilən bu oyundan əldə olunan vəsait Azərbaycanda xeyriyyə məqsədilə istifadə olunacaq.

Gərgin mübarizə şəraitində keçən oyunda İngiltərə komandası 2:1 hesabı ilə qalib gəlib.

Bu, Ali Məktəbin stadionunda keçirilən növbəti peşəkar oyundur.

Qeyd edək ki, BANM-in Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən kampusunda 1000 yerlik süni örtüklü müasir standartlara cavab verən stadionu fəaliyyət göstərir.

Stadion idman yarışlarının keçirilməsi üçün bütün texniki imkanlarla təchiz olunub.