Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 14:09:00
Direktorlar təyinat aldıqları yerlərdə neçə il işləyə bilərlər? - Yerdəyişmə qaydaları    

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə artıq başlanıb. Proses iyulun 19-dək davam edəcək.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Direktorların işə qəbulu üçün 500-ə yaxın vakant yer çıxarılıb.

Namizədlərin ən çox verdikləri sual isə təyinat alacaq direktorların yerlərdə neçə il işləmələri və yerdəyişmə edə bilmələri ilə bağlıdır.

Sual:

-İşə qəbul olmuş direktorların iş yerinin dəyişdirilməsi mümkündürmü?

AzEdu.az xəbər verir ki, müsabiqənin nəticəsinə əsasən təyinat almış direktor təyin olunduğu müəssisədə 3 ildən artıq işlədiyi halda nazirlik tərəfindən qərar qəbul edilməklə onların yerdəyişməsinə icazə verilir. Amma bu zaman onun işlədiyi müddətdə məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınır.

Qeyd edək ki, namizədlərə hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) üzrə 4 vakant yer seçmək imkanı verilir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları