XƏBƏRLƏR

15.07.2019 20:43
Rəsədxanada “Kosmos yay festivalı” təşkil edildi - FOTO  


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Kosmos yay festivalı” keçirilib.

 

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, festivalda müxtəlif yaş qruplarından 120 nəfər iştirak edib.

 

Təşəbbüsün məqsədi “Bəşəriyyətin böyük sıçrayışı” sayılan Aya enmənin 50 illiyi münasibətilə ictimaiyyət arasında bu istiqamətdə maarifləndirmə işinin aparılması olub.

 

ŞAR-ın planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayi festival iştirakçılarını rəsədxananın muzeyi ilə tanış edib, buradakı eksponatlar haqqında ətraflı məlumat verib.

 

Sonra iştirakçılar müəyyən edilmiş kamp ərazisinə aparılıb. Burada dron uçuşları izlənilib, Bakı Mühəndislik Universiteti tələbələrinin hazırladığı təyyarə nümayiş etdirilib.

 

Daha sonra təşkil olunan konfransda Ədalət Ətayi astronomiya elmi haqqında məruzə ilə çıxış edib.

 

Festivalda, həmçinin teleskopun tarixi, iş prinsipi, onun vasitəsilə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə məlumat verilib.

İlin gənc müəllimi-Müraciət formu