Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 10:30:00
Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə artıq başlanıb. Proses iyulun 19-dək davam edəcək.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Direktorların işə qəbulu üçün 500-ə yaxın vakant yer çıxarılıb.

Namizədlərin ən çox verdikləri sual isə elektron sənəd qəbulu başa çatdıqdan sonra baş tutacaq test imtahanı mərhələsindəki sual sayları ilə bağlıdır:

Sual:

Test imtahanına hansı istiqamət üzrə neçə sual salınacaq?

Cavab:

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, test imtahanı zamanı istiqamətlər üzrə sualların bölüşdürülməsi aşağıdakı kimidir:

Əmək qanunvericiliyi - 20 sual;

Təhsil qanunvericiliyi - 25 sual;

Məntiq - 15 sual

İmtahan zamanı namizədlərə ümumilikdə 60 sual təqdim olunur.

Qeyd edək ki, namizədlərə hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) üzrə 4 vakant yer seçmək imkanı verilir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi qaydaları”na edilmiş dəyişikliyə əsasən, müsabiqədə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları