Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-14 14:58:00
İnsanı tez zamanda uğurlardan “bezdirəcək”  Edisson düsturu – Həmən tətbiq et

 

AzEdu.az uğurlara çatmağın Edisson düsturunu təqdim edir: 

Amerikalı iş adamı və ixtiraçı Tomas Alva Edison dünya elm tarixində ən çox patent almış alim, ixtiraçıdır.

85 yaşında vəfat edərkən Edissonun patentlərinin sayı 1093-ə bərabər idi. Bütün bunlara o, ancaq bir fikri tətbiq etməklə nail ola bildi: “Bir faiz qabiliyyət, 99 faiz tər”.

Edison ondan bu qədər çox uğurun səbəbini soruşanlara müvəffəqiyyət düsturu kimi bunu deyirdi.

Edisonun ən çox ehtiyacı olduğu nəsə var idisə o da onun gərgin qrafikinə uyğunlaşa bilən assisent idi. Edisson üçün hər dəqiqə uğura aparan bir zaman məfhumu idi. Odur ki, zamanı zəhmətlə qiymətləndirərdi.

Bir gün xeyli işləyəndən sonra assisentinə artıq gözlərimi aça bilmirəm yarım saatdan sonra məni oyat” deyir. Assisenti yarım saatdan sonra öz müəlliminə yazığı gəldiyi üçün onu oyatmır. Bir saatın tamamında ürək edib yuxudan ayıldır. Bu zaman təlaşla saata baxan Edisson assisentə qışqırır: - sən nə haqla mənim həyatdakı yarım saatımı oğurladın” deyir və onu işdən qovur.

Tomas Edisson orta məktəbdə cəmi 3 ay oxumuşdu. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edisson yazırdı: “Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".