Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 17:11:00
V ixtisas qrupu üzrə müsabiqə şərtləri - Minimal ballar

V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanları davam edir.

AzEdu.az abituriyentlərin çoxsaylı istəyini nəzərə alaraq, V qrup üzrə müsabiqə şərtlərini və minimal balları təqdim edir:

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Orta məktəbi cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

V ixtisas qrupu üzrə keçid balı 60 müəyyənləşdirilib.

V ixtisas qrupu üzrə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Musiqi müəllimliyi, Rəqs müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Dizayn, Bədən tərbiyəsi və idman və Məşqçi (idman növü üzrə) ixtisasları üzrə I mərhələdə 60 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir.

V ixtisas qrupu üzrə Dekorativ sənət, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı,Aktyor sənəti, Rejissorluq, Operator sənəti,Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasları üzrə I mərhələdə minumum 60 bal tələb olunur. Qabiliyyət imtahanınından minumum "6" olmalıdır.

Xatırladaq ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ilk sayında nəşr olunub. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər əksini tapıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları