Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-12 17:18:00
Abituriyentlərin nəzərinə: İxtisas seçimi edərkən bu məqamları nəzərə alın

2019-cu ildə ali təhsil müəssisələrinə müsabiqə şərtləri xeyli müddətdir ki, açıqlanıb. 

İxtisas seçimi elanında müəyyən ixtisaslar üzrə nəzərdə tutulan xüsusi hallar da əksini tapıb. 

Abituriyentlər ixtisas seçimi edərkən həmin məqamları mütləq nəzərə almalıdırlar.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən, müsabiqə şərtlərində bəzi ixtisaslar üzrə qoyulan xüsusi tələbləri diqqətə çatdırır. 

“Jurnalistika” ixtisasını yalnız III ixtisas qrupu üzrə təqdim olunan müsabiqə şərtlərini ödəyən və test imtahanından sonra təqdim olunmuş mövzu üzrə yazı işini (inşanı) müvəffəqiyyətlə yerinə yetirən abituriyentlər seçə bilərlər.

Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılırlar.

“İslamşünaslıq” ixtisasını bu təhsil müəssisəsində yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan qabiliyyət imtahanından uğurla keçən abituriyentlər seçə bilərlər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühən- disliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə müsabiqədə yalnız “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası”nda xüsusi tibbi müayinədən müvəffəqiyyətlə keçən abituriyentlər iştirak edə bilərlər.

Dövlət Gömrük Komitəsinin Akademiyasının ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan verən abituriyentlər seçə bilərlər.

Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan verən abituriyentlər seçmək hüququna malikdir.

Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” ixtisasını Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında xüsusi tibbi müayinədən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən uğurla keçən və 23 yaşına çatmamış kişi cinsli abituriyentlər seçə bilərlər.

“Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasını isə Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında xüsusi tibbi müayinədən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən uğurla keçən və 23 yaşına çatmamış həm kişi, həm də qadın cinsli abituriyentlər seçim hüququna malikdir.

Azərbaycan Dillər Universitetinin ixtisasları- nın müsabiqəsində iştirak etmək üçün abituriyentlərin imtahan verdiyi xarici dilə uyğun olaraq onların ixtisas seçiminə müəyyən məhdudiyyətlər qoyulur. Aşağıdakı cədvəldə abituriyentlərin imtahan verdiyi xarici dilə uyğun olaraq hansı ixtisasları seçmək hüququ olduğu göstərilir: 

İxtisasların adları

Xarici dillər

Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Beynəlxalq münasibətlər

xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur

Xarici dil müəllimliyi (alman dili)

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Almaniya üzrə)

Filologiya (alman dili və ədəbiy- yatı)

Tərcümə (alman dili)

 

 

 

alman və ya ingilis dili

Xarici dil müəllimliyi (fransız dili)

Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Fransa üzrə)

Filologiya (fransız dili və ədəbiyyatı)

Tərcümə (fransız dili)

 

 

 

fransız və ya ingilis dili

Regionşünaslıq (ərəb ölkələri üzrə)

ərəb və ya ingilis

dili

digər ixtisaslar

ingilis dili

Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə)” ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan verən abituriyentlər seçə bilərlər.

“ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar.

“ADA” Universitetinin ixtisasları üzrə müsabiqəyə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan (esse tələb olunmur) və IELTS Academic üzrə minimum 6.0 və ya IBT üzrə minimum 75 balı olan abituriyentlər də iyunun 15-dək SAT və IELTS Academic (və yaxud IBT) imtahanlarının nəticələrini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etdikləri halda buraxılırlar. Universitetin “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarının müsabiqəsinə qeyd olunan şərtlərlə yanaşı SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplayan abituriyentlər buraxılırlar.

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları