XƏBƏRLƏR

12.07.2019 17:03
Təhsil naziri məktəbəhazırlıq qruplarının tədris planını təsdiq etdi

Təhsil naziri Ceyhun Bayramov azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planını təsdiq edib.

Nazir azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris planının təsdiqi barədə əmr imzalayıb

Əmrə əsasən,  Azərbaycanın ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris planı və tədris  planına dair “Qeydlər” təsdiq edilir.

Qeydlərə əsasən, azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris  planı, həftəlik dərs saatlarının miqdarı aşağıdakı kimi müəyyənləşib:

Ətraf aləmlə tanışlıq 1 saat

Savad təliminə hazırlıq və nitq inkişafı 4 saat

Bədii təfəkkürün inkişafı 1 saat

Məntiqi və riyazi təfəkkürün inkişafı 2 saat

Təsviri fəaliyyət 1 saat

Musiqi 1 saat

Fiziki mədəniyyət 2 saat

Cəmi: 12 saat

İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub. 

 

İlin gənc müəllimi-Müraciət formu