XƏBƏRLƏR

12.07.2019 09:00
DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev vətəndaşları qəbul edib

11 iyulda DİM Direktorlar Şurasının sədr müavini Namiq Babayev Biləsuvarda şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.

AzEdu.az xəbər verir ki, Biləsuvar rayonunda keçirilən qəbulda Biləsuvar, Cəlilabad, Masallı rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən ali təhsil müəssisələrinə qəbul imtahanları, imtahan nəticələri, qabiliyyət imtahanları, subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri və digər məsələlərlə əlaqədar müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da N.Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

İlin gənc müəllimi-Müraciət formu