Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 16:04:00
Mehriban Əliyeva xalq artistinin müalicəsini üzərinə götürdü

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

AzEdu.az-ın məlumatına görə, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Xatırladaq ki, bu gün səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Yalçın Rzazadə həkim müayinəsindən keçib, sonra evə buraxılıb. Mərkəzi Dənizçilər Xəstəxanasında müğənninin mədəsində yaralar aşkarlanıb. Məlum olub ki, həmin yaralar Y.Rzazadənin qanında zəhərlənməyə səbəb olub. Həkimlər ona əməliyyata ehtiyac olduğunu deyiblər.