XƏBƏRLƏR

11.07.2019 12:41
“Azəri İnciləri” rəqs kollektivi beynəlxalq festivalın qalibi olub

Qazaxıstanın Nur-Sultan şəhərində “ŞATTIK” Gənc İstedadların XI Beynəlxalq Festivalı keçirilib. Tədbir Qazaxıstanın İdman və Mədəniyyət Nazirliyi və Nur-Sultan şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil olunub.

Festivalda Qazaxıstanın şəhər və bölgələri, Azərbaycan, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan və digər ölkələrin kollektivləri xoreoqrafiya, vokal və instrumental musiqi nominasiyaları üzrə çıxış ediblər.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, beynəlxalq tədbirdə bu qurumun 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəqs” dərnəyinin üzvləri tərəfindən maraqlı konsert proqramı təqdim olunub.

Mərkəzin direktoru Lalə Qəti münsiflər heyətinin fəxri üzvü seçilib. Qala konsertdə “Mənim Azərbaycanım” kompozisiyası ilə çıxış edən “Azəri İnciləri” rəqs kollektivi 1-ci yerin qalibi seçilib. “Azəri İnciləri” rəqs kollektivi və dərnək rəhbəri xüsusi diplomla təltif olunublar.

İlin gənc müəllimi-Müraciət formu