XƏBƏRLƏR

11.07.2019 11:19
Müəllim namizədləri ən çox narahat edən suala cavab-AzEdu.az-da

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test mərhələsi keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə ingilis dili müəllimi olmaq istəyənlər imtahanda iştirak edəcəklər.

İmtahanda 3280 namizədin iştirakı gözlənilir.

AzEdu.az   müəllim namizədləri bu mərhələ ilə bağlı ən çox narahat edən sualı cavablamağa çalışıb:

-Elektron ərizəmdə müvafiq xanada ixtisasımı düzgün qeyd etmədiyim üçün müsabiqədə iştirakla bağlı müraciətim qəbul olunmayıb. İxtisasım pedaqojidir, imtahanda iştirak etmək üçün nə etməliyəm?

Bu halda test imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman zalına gələrək şəxsiyyətinizi təsdiq edən sənədin, təhsil haqqında sənədinizin və ona əlavənin əslini təqdim edin. İxtisasınız pedaqoji olduğu təqdirdə test imtahanında iştirakınız mümkün olacaq və ixtisasınıza uyğun olaraq imtahan fənninin qrafiki nəzərə alınmaqla sizə qatılacağınız seans barədə məlumat veriləcək.

Qeyd edək ki, iyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib.

 İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak ediblər.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu