Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 09:25:00
“Burda 18 yaşında yazma-oxuma bilməyən azərbaycanlılar var” - Türkiyədəki Azərbaycan məktəbinin direktoru - FOTO

Türkiyədə “Milli Qəhrəman Mübariz İbrahimov adına Azərbaycan məktəbinə müəllim tələb olunur” elanıyla rastlaşdıq. Elanı məktəbin direktoru İxtiyar Abdal vermişdi. Bu elanın detalları ilə maraqlanmaq üçün direktorla söhbət etdik.

Söhbət elanın mövzusu ilə başlasa da, başqa maraqlı faktlar da ortaya çıxdı.  İxtiyar Abdal Modern.az-a bildirdi ki, 2013-cü ildən Türkiyədə yaşamaga  başlayıb:

"Burda unversitet və liseylərdə işləməyə başladım. Eyni zamanda, Türkiyədə yaşayan azərbaycanlıları araşdırmağa başladım. Çox narahatedici məsələlərlə rastlaşdım. Azərbaycandan bura gələn uşaqların təhsil almadığını gördüm.  Bununla baglı iştirak etdiyim təhsil toplantılarında narahatlığımı bildirirdim". 

Amma bu cür çıxışların faydası olmadığı üçün məktəb direktoru problemləri Türkiyədəki Azərbaycan dərnəkləri ilə müzakirə edib.  İstanbulda fəaliyyət göstərən “Azərbaycan Eğitim ve Kültür Derneyi”nin (Təhsil və Mədəniyyət Dərnəyi) rəhbəri Aygün Həsənoğlu ilə birgə Türkiyə və Azərbaycanın rəsmi dairələrə müracət ünvanlayıblar.


18 yaşında yazma-oxuma bilməyən azərbaycanlılar


"Müraciətlərimizə cavab gəlmədi və biz də məktəb yaşı olan, amma təhsil almayan uşaqları bir araya toplamağa başladıq. Onlara əvvəlcə özəl dərs verməyə başladıq.  Müxtəelif yaşlarda, hətta 18 yaşına çatmış, yazma-oxuna bilməyən uşaqlara rast gəldim.  Bu məni çox üzdü.  Heç məktəbə getməyən 10-12 yaşında uşaqlara dərs verməyə başladım. Bir  ildə çox gözəl nəticələr əldə etdilər. Bundan sonra  Türkiyə Təhsil Nazirliyi ilə danışaraq, bu uşaqların hazırlıq kursundan keçdiklərini təsdiqlətdirdik, indi Türkiyə məktəblərində təhsillərinə davam edirlər" – İxtiyar Abdal bildirib.

Hazırlıq kursu (Türkiyədə adı dərshanə) “Azərbaycan Eğitim ve Kültür Derneyi” nəzdində fəaliyyətin davam etdirib. Bundan sonra kursa gələn uşaqların sayı artdıqca, kurs fəaliyyətini məktəb kimi davam etdirib və Milli Qəhrıman Mübariz İbrahimovun adını əbədiləşdirib. 

İxtiyar Abdal problemin kökünün fərqli oldugunu bildirir.

 

Sənədsiz azərbaycanlılar

“Bizim məktəbdə 250-yə yaxın şagird təhsil alır. Amma hazırda İstanbulun Qaziosmanpaşa və Bayrampaşa rayonları ərazisində 500, Halkalıda 700-dən çox oturum izni olmayan, qanunsuz şəkildə Türkiyədə yaşayan məktəbyaşlı uşaq var. O uşaqlara biz nə qədər təhsil versək də, "ilk okul"  (4-cü sinfədək olan təhsil) səviyyəsindən çıxara bilmirik. Çünki sənədləri olmadığı üçün bu uşaqlar Türkiyənin dövlət məktəblərinə müraciət edə bilmirlır. Onlara attestat alınması mümkün olmur".

Hazırda bələdiyyə Və Türkiyə Təhsil Nazirliyindən dəstək alaraq fəaliyyət göstərdiklərini deyən direktor azərbaycanlı müllimlərin çoxluq təşkil etdiyi məktəbin dərs vəsaitlərinin Azərbaycandan alındığını deyir: 

"Ordan dərslikləri pulla alırıq, amma şagirdlərimizə pulsuz veririk. Çalışırıq ki, Azərbaycanla bağlı olan bütün tədbirləri keçirək.  Problemlərimiz hədsiz çoxdur. Amma biz bunu şagirdlırimizə hiss etdirmirik". 

İxtiyar Abdal İstanbulun böyük şəhər olduğunu əsas gətirərək, bəzi şagirdlərin məktəbə gəlməkdə çətinlik çəkdiyni bildirdi. Hazırda azərbaycanlların sıx yaşadığı rayonlarda məktəbin korpuslarının açılmasına çalışırlar. Bunun üçün rəsmi qurumlara müracət olunub.  Direktor  Azərbaycandan da məktəblə maralandıqlarını bildirdi:

“İstanbuldakı konsulumuz məktəbə gəlmişdi. Şagirdlərlə görüşdü. Problemlırimizlə maraqlandı. Disapor Komitəsindən nümayəndə gəlmişdi. Onlara da sənədsiz vətəndaşlarımızın problemlərini anlatdıq. Hələ ki cavab yoxdu. Amma ümid edirik ki, bizə sənəd məsələsində yardım edəcəklər. Çünki Türkiyədə Azərbaycan vətəndaşlarının sayı artır, bura sənədsiz yaşayanları da əlavə etsək, dogum şəhadətnaməsi belə olmayan uşaqların çox olduğunu deyə bilərik. Onlar təhsilsiz böyüyürlər. Bu uşaqların gələcəyi üçün mütləq əlimizdən gələni etməliyik". 

Məhsəti Şərif, 
İstanbul