Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 09:46:00
II və III qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı 

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərlər.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, abituriyentlər,  həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

(Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).