XƏBƏRLƏR

08.07.2019 18:10
Azərbaycan aliminin məqaləsi nüfuzlu jurnalda dərc olundu  

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərovun “Mobil hesablama buludlarında meydana çıxan problemlər və həlli yolları” məqaləsi “Telekommunikatsii” jurnalında nəşr olunub.

AzEdu.az xəbər verir ki, məqalədə bulud texnologiyaları əsasında yaradılan mobil hesablama buludlarının istifadəsində meydana çıxan problemlər və onun həlli yolları analiz olunub. Eyni zamanda, mobil hesablama buludlarının müxtəlif hissələrində yaranan problemlər tədqiq olunub. Naqilsiz şəhər miqyaslı şəbəkədə “cloudlet”lər əsasında yaradılan mobil hesablama buludlarında xidmətlərdən səmərəli istifadəyə təsir göstərən meyarlar müəyyənləşdirilib, qeyd edilən problemlərin həlli üçün nəzərdə tutulan strategiya işlənilib.

İlin gənc müəllimi-Müraciət formu