XƏBƏRLƏR

08.07.2019 13:30
Peşə məktəblərinin məzunlarına hansı halda subbakalavr ixtisas dərəcəsi verilir? – RƏSMİ CAVAB  

İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.

AzEdu.az xəbər verir ki, peşə təhsil müəssisələrində dərs 1,2,3 illik qruplarda və 6 aylıq kurslarda tədris edilir. Hər bir məzuna tədris qrupu, təhsildəki müvəffəqiyyəti nəzərə alınmaqla Təhsil haqqında dövlət sənədi verilir.

 “Təhsil haqqında qanun”a istinadən bu dövlət sənədləri aşağıdakılardır:

  • Diplom (adi)
  • Diplom (fərqlənmə)
  • Sertifikat (qısamüddətli kursları bitirənlərə)

Qeyd edək ki, peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı, tam orta təhsil almış şəxslərə diplom və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam orta təhsil haqqında attestat verilir.  Bu, daha çox 3 illik qrupların məzunlarına təqdim edilir.

Rəna NƏBİ

İlin gənc müəllimi-Müraciət formu