Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 16:20:00
Çinli professor: “Bu qərar mühüm əhəmiyyət daşıyır”

Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Çin Xalq Respublikasının irəli sürdüyü “Sarı dənizin-Bohay körfəzinin sahilləri boyunca quşların Çinə miqrasiyası” nominasiyası Dünya İrs Siyahısına daxil edildikdən sonra Çin nümayəndə heyətinin üzvü, Yançenq Universitetinin professoru Baoming Ge təəssüratlarını Publika.az-la bölüşüb.

O deyib: “Biz çox sevincliyik. Çünki irəli sürdüyümüz nominasiya – “Sarı dənizin-Bohay körfəzinin sahilləri boyunca quşların Çinə miqrasiyası” nominasiyası Dünya İrs Komitəsinin 43-cü sessiyasında Dünya İrs Mərkəzinin Dünya İrs Siyahısına daxil edildi. Bu qərarda Çin Xalq Respublikasının sədri Si Cinpinin “Bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” təşəbbüsü əks etdirildi”.

Baoming Ge, həmçinin Azərbaycana müzakirələr zamanı verdiyi dəstəyə və Dünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilinə görə minnətdar olduqlarını bildirib:

“Biz, həmçinin müstəsna universal dəyərə malik bu təbii irsin qorunması üçün tənqidi fikirlər səsləndirən, bu təbii irsin qorunmasına çalışan Avstaraliyaya və digər ölkələrin nümayəndə heyətlərinə təşəkkür edirik. Hesab edirik ki, bu nominasiyanın Dünya İrs Siyahısına daxil edilməsi təkcə Yançenq bölgəsi və bütövlükdə Çin üçün deyil, həmçinin regionun digər ölkələrinin, o cümlədən Şərqi Asiya-Avstraliyanın biomüxtəlifliyinin qorunması üçün mühüm əhəmiyyət daşıyır”.