Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 15:23:00
Türkmənistan alimləri azərbaycanlı həmkarlarının kitabını etibarlı mənbə kimi dəyərləndiriblər

Türkmənistan Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutundan AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru və müxbir üzvü Əlövsət Quliyevə məktub ünvanlanıb.

Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AzEdu.az-a bildirilib ki, məktubda Türkmənistanda etnoqrafiya sahəsində yerli kəhrizlərin problemlərinin öyrənilməsinin nəzərdə tutulduğu göstərilib. Kəhrizlərin öyrənilməsinin nəzəri əsasları və tarixi aspektlərinin müəyyənləşdirilməsində azərbaycanlı alimin tədqiqat nəticələrinin, xüsusilə “Azərbaycan kəhrizləri” kitabının vacib və etibarlı mənbə olduğu qeyd edilib. Müəllifdən aparılacaq tədqiqatlara kömək məqsədilə “Azərbaycan kəhrizləri” kitabının göndərilməsi xahiş olunub.

Qeyd edək ki, kitabda kəhrizlərdən, onların qazılma texnologiyasından, su sərfindən və digər məsələlərdən bəhs olunur. Həmçinin monoqrafiyada Azərbaycanın müxtəlif bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, təsir zonasında olan sahələri barədə məlumatlar əks olunub.