Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 12:10:00
Latviyanın iki universiteti Avropanın ən yaxşıları sırasına daxil olub

“Times higher education” jurnalı Avropanın ən yaxşı 258 universitetinin daxil olduğu reytinq sıralamasını dərc edib.

AzEdu.az xəbər verir ki, Latviyanın iki ali təhsil müəssisəsi ilk dəfə bu siyahıda yer alıb. Belə ki, Riqa Texniki Universiteti və Latviya Universiteti bu reytinqdə 200+ mövqeyində qərarlaşıblar. Reytinqin ilk üçlüyündə müvafiq olaraq Böyük Britaniyanın Oksford və Kembric, İspaniyanın Navarra universitetləri var.(AZƏRTAC)