Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 10:45:00
Diplomlarının tanınması üçün müsahibəyə çağırılanlar bu sualları cavablandırmalıdır

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırlılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Nostrifikasiya prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində müraciətçilərin Akkreditasiya və Nostrifikasiya İdarəsində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurəti yarana bilər

AzEdu.az müsahibə mərhələsində ən çox verilən sual və cavabları təqdim edir:

-Müsahibə zamanı hansı suallar soruşulur?

-Müsahibə zamanı audio-video çəkiliş aparılır və müsahibələr ortalama 15 dəqiqə davam edir. Nostrifikasiya proseduruna uyğun olaraq, xarici ali təhsil müəssisələrinin verdiyi sənədlərin sahibləri ilə tədris dilində müsahibə aparılır.  .

-Müsahibəyə gəldiyim zaman özümlə birlikdə başqa şəxs gətirə bilərəm?

-Təhlükəsizlik zərurəti ilə əlaqədar olaraq, müsahibədə yalnız müraciətçi şəxsiyyət vəsiqəsini təqdim edəcəyi təqdirdə iştirak edə bilər. Bu səbəbdən, müsahibədə iştirak etmək üçün Akkreditasiya və Nostrifikasiya İdarəsinə gələrkən, özünüzdən savayı kənar şəxsləri (valideyn, dost və s.) dəvət etməməyiniz tövsiyə olunur.  

-Müsahibə harada  və nə zaman keçiriləcək?

-Müsahibə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində keçiriləcək. Ünvan: Bakı şəhəri, Q.Qarayev prospekti 2B (Bakı Texniki Kollecinin inzibati binası). AZ 1060. Müsahibənin keçiriləcəyi vaxt barədə məlumat sizə elektron ərizə vasitəsi ilə bildiriləcək.   Müsahibəyə dəvət olunan namizədlər şəxsiyyət vəsiqələrini (hərbi qulluqda olanlar hərbi biletlərini) təqdim etməlidirlər.

Üzrlü səbəbdən təyin olunmuş tarixdə müsahibədə iştirak edə bilməyəcəm.Müsahibənin tarixini dəyişmək mümkündür?

Üzrlü səbəbdən təyin olunmuş tarixdə/vaxtda müsahibədə iştirak edə bilməyəcəyiniz təqdirdə, öncədən [email protected] elektron poçt ünvanına yazmaqla Akkreditasiya və Nostrifikasiya İdarəsini məlumatlandırmağınız zəruridir. Əks təqdirdə, müraciətinizə baxılmasında ciddi gecikmələr baş verə bilər.  

Günel Yaşarqızı
Müəllifin digər yazıları