XƏBƏRLƏR

05.07.2019 16:55
Marsda ABŞ-a məxsus sualtı qayıq tapıldı

Qırmızı planetin səthində sirli obyekt kəşf edilib.

AzEdu.az bildirir ki, obyekt konturlarına görə kiçik kateri xatırladır. Tədqiqatçılar iki versiya üzərində dayanırlar. Birinci versiyaya əsasən, gəmini marslılar inşa ediblər. İkinci versiyaya görə, qayıq hansısa yolla Yerdən gətirilib.

Kəşf məşhur ufoloq Skott Uorinqə məxsusdur. O, şəxsi bloqunda bildirib ki, Marsda qədim mədəniyyətin izlərini axtaranda bu qayığa rast gəlib.

"Qayığın quyruq kimi üzgəci var. Eyni zamanda illüminatorlar da görünür. Ehtimal edirəm ki, şüşə hələ də sınmayıb. Eyni zamanda iki dor da salamatdır, amma onların hündürlüyünü müəyyən etmək olmur. Eyni zamanda piramidalı iki rombşəkilli obyekt də var. Bu isə sübut edir ki, qayıq şüurlu varlıqlar tərəfindən inşa edilib. Ya da burada nə vaxtsa tərsanə olub. Düşünürəm ki, qayıq ikinəfərlikdir", - Skott bildirib.

Uorinqin dostları isə yeni versiya irəli sürüblər. Onlar bildiriblər ki, qayıq Yerdən Marsa kvant teleportasiyası vasitəsilə gedib. Bu, ikinci dünya müharibəsi dövrünə aid ABŞ hərbi gəmisidir.

İlin gənc müəllimi-Müraciət formu